Respublikamızın hər bir bölgəsi gündən-günə çiçəklənməkdə, inkişaf etmekdedir. Prezidentimiz Cənab İlham Əliyev bütün bu inkişafa xüsusi diqqət və qayğı göstərir. Son zamanlarda da prezidentimiz Naxçıvan Muxtar Respublikasına səfər etmişdir. Bu prezidentin Naxçıvana 15-ci səfəri idi. İlham Əliyev bildirib ki, Naxçıvana her gəlişində gördüyü inkişaf çox göz oxşayır. Prezident bir neçə obyektlərin açılışında iştirak etmişdir. Səfər zamanı Ordubad şəhərində içməli su və kanalizasiya layihəsinin istifadəyə verilməsi qeyd olunmuşdur. Hazırda Naxçıvanda çox böyük enerji potensialı yaranıb. Vaxtilə Naxçıvanda işıq, enerji yox idi. Azərbaycandan gələn enerji isə Ermənistan tərəfindən kəsilmişdi. İndi isə Naxçıvan öz enerjisini özü təmin edir. Bu çox böyük bir inkişafdır. Bildirilib ki, bütün şəhərlər artıq magistral yollarla bir-birinə bağlanıbdır və Naxçıvana gələn hər kəs bunu görür. Bütün bunlar qısa müddətdə olan çox qürur verici bir nailiyyətdir. Prezidentimiz Naxçıvanda Süni Mayalanma Mərkəzinin açılışında iştirak etmişdir. Bildirib ki, ölkəmizdə cəmi iki mərkəz var. Biri Göygöldə, biri də Naxçıvanda. Və biz əminik ki, bu mərkəzin fəaliyyəti nəticəsində yaxın 4-5 ilden sora Naxçıvanda südçülük sahəsində bütün işlər tamamlanmış olacaq və Naxçıvan özünü digər əsas ərzaq məhsulları ilə təmin etdiyi kimi südlə də təmin edəcək. Bu da bir inkişafın təzahürüdür. Prezidentimiz səfər zamanı “ASAN xidmət” Mərkəzinin tikintisi ilə tanış olmuşdur. Bu ictimai xidmət sahəsində çox önəmli bir təsisatdır. Ölkəmizdə hazırda 7 mərkəz tikilir, o cümlədən Naxçıvanda. Onlar da istifadəyə verildikdən sonra “ASAN xidmət” mərkəzlərinin sayı 27-yə çatacaq. Prezidentimiz Naxçıvanda DOST mərkəzlərinin yaradılmasına da göstəriş vermişdir. Naxçıvan turizm üçün çox əlverişli, göz oxşayan bir şəhərdir. Səfər zamanı prezidentimiz yeni uçuşenmə zolağının açılışını qeyd etmişdir. Pandemiya zamanı burada turizmin inkişafı böyük zədə almışdır. Lakin biz inanırıq ki, tez bir zamanda Naxçıvan böyük turizm mərkəzlərindən birinə çevriləcək və her kəsin diqqətini çəkəcək. Bütün bunlarla yanaşı səfər zamanı Naxçıvan Qarnizonu Mərkəzi Hosbitalının açılışı olmuşdur. Bu Naxçıvan Muxtar Respublikasında ən böyük tibb müəssisəsidir. Hətta çarpayıların sayına görə Mərkəzi xəstəxanadan dq böyükdür. Eyni zamanda, hərbi aerodromun açılması Naxçıvanın təhlükəsizliyinin təmin edilməsində xüsusi yer tutur. Ümumiyyətlə, Prezidentimiz Naxçıvan Muxtar Respublikasının müdafiəsinim möhkəmlənməsinə böyük diqqət göstərir. Hazırda Naxçıvan ordusu bir çox qabaqcıl ölkələrdən texnikasına görə üstündür. Səfər zamanı bütün bu nailiyyətlər həqiqətən də çox qürurverici bir görüntüdür. İlham Əliyev burada Ordubad dəmir yolu stansiyası ilə də tanış olmuşdur. Çünki bunun böyük bir rəmzi mənası vardır. Prezident bundan öncə Mincivan qəsəbəsində olmuş və dağıdılmış dəmir yoluna da baxış keçirmişdir. Və bu tarixi yolların da bərpa olunacağına əminlik vermişdir. Prezidentimiz bildirmişdir ki, Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra da Ordubad vasitəsilə Naxçıvan və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq. Bütün bu tarixi qələbələr, nailiyyətlər İlham Əliyevin böyük siyasətinin, yüksək idarəçilik istedadının bəhrəsidir. Səfərin 10 may tarixində gerçəkləşməsinin de xüsusi əhəmiyyəti, mənası vardır. 10 may Ulu Öndər Heydər Əliyevin doğum günüdür. Prezidentimiz bildirib ki, Naxçıvana 15-ci səfəri olmağına baxmayaraq, birinci dəfədir ki 10 may tarixində bura gəlir. O, qeyd edib ki, ənənəvi olaraq atasının məzarını ziyarət etmişdir. Və zəfərdən sonra atasının Vətəninə gəlməyi özünə borc bilmişdir. Prezident atasıyla yanaşı babası Əlirza Əliyevin də məzarını ziyarət edib. Əlirza Əliyev və İzzət xanım Azərbaycan xalqına Heydər Əliyev kimi dahi şəxsiyyət bəxş etmişlər. Heydər Əliyev nəinki Azərbaycan hüdudları çərçivəsində, dünya miqyasında böyük hörmət qazanmışdır. İlham Əliyev də Heydər Əliyevin böyük davamçısıdır. Bütün bu nailiyyətlərə görə hər birimiz İlham Əliyevə borcluyuq. Naxçıvan bizim doğma diyarımızdır və hər birimiz Naxçıvanın çiçəklənməsi günü gündən inkişaf etməsi üçün çalışmalıyıq.Vüsalə Hümbətova,Xocalı rayon sakini